Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.05.2020

MİLLİ MƏCLİSİN “İNSAN HÜQUQLARI” VƏ “HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU” KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA DİLÇİLİK İNSİTUTU DA İŞTİRAK EDİB

6 may, 20202-ci il tarixində Milli Məclisin “İnsan hüquqları” və “Hüquq siyasəti və dövlət quruculuğu” komitələrinin birgə iclası keçirilib. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında müzakirələrə həsr olunan iclasda Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Monitorinq şöbəsinin müdiri, fil.e.d., prof. Sevinc Əliyeva da iştirak etmişdir.

İclasda çıxış edən akademik Möhsün Nağısoylu bildirib ki, dil xalqın sərvətidir, varlığıdır, kimliyidir, bu dili təkcə bir qurum yox, bütün xalq qorumalıdır. “ Bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bəziləri düşünür ki, dilin saflığını yalnız Dilçilik İnstitutu qorumalıdır. Bu, yanlış fikirdir. Bu, elmi-tədqiqat qurumudur və vəzifəsi dilin saflığının qorunmasının monitorinqini keçirməkdir. Dili hər kəs qorumalıdır”.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, fil.e.d., prof. Sevinc Əliyeva kütləvi informasiya vasitələrində, eləcə də, televiziya və radio yayımlarında monitorinqlərin təşkilinin vacib olduğunu qeyd edib. S.Əliyeva öz çıxışında aparıcıların qəbul edilməsi prosesində Dilçilik İnstitutunun da iştirakının mütləqliyini vurğulayıb, ədəbi dil normalarının pozulmasına qarşı görülən tədbirlərdə İnstitutun irəli sürdüyü təkliflərin nəzərə alınmasının vacibliyini bildirib.

İctimai dinləmələrdə İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Millət vəkilləri akademik Nizami Cəfərov, Fazil Mustafa, Tahir Kərimli, Hikmət Məmmədov, Erkin Qədirli, , Nurlan Həsənov, Nigar Arpadərai, Fəzail Ağamali, Kamal Cəfərov, Arzu Nağıyev, Elşən Musayev, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyidzadə qoyulan məsələlərlə bağlı fikirlərini bildiriblər. Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsinin vacibliyini diqqətə çatdıran iclas iştirakçıları P rezidentin bu sahə ilə bağlı verdiyi fərman və  bu fərmanın icrasıyla əlaqədar görülən işlər haqqında danışıblar. Monitorinq mərkəzinin təşkilində əsas məqsədin ölkədə ədəbi dil normalarının, xüsusən də orfoqrafik və orfoepik normaların qorunmasından ibarət olduğu qeyd olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.