Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.08.2020

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli Türk Dil Qurumunun müxbir üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli Türk Dil Qurumunun müxbir üzvü seçilmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli 150-dən çox elmi məqalənin (onlardan 30-u xaricdə nəşr edilmişdir), 4 monoqrafiyanın: “Türk dillərində isim köklərində leksik-semantik inkişaf” (Bakı, “Elm və təhsil”, 2012, 400 s.), “Dünya dillərində homogen sözlər” (Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2016, 304 s.), “Türk dillərinin qədim leksikası” (Bakı, “Xəzər Universiteti” nəşriyyatı, 2017, 272 s.), “Azərbaycan dilində isim kökləri” (Bakı, “Elm” nəşriyyatı, 2018,140 s.) - müəllifidir. Əsərləri Almaniya, Türkiyə, Polşa, Rusiya, Qazaxıstan, Kipr, Bosniya, Gürcüstan, ABŞ, İtaliya, Macarıstan, Rumınya, Kanadada çap edilmişdir. 2008-ci ildə Türk dilləri ixtisası üzrə dosent elmi adını almışdır.
“Türk dillərinin tаriхi-müqаyisəli lеksikоlоgiyаsı məsələləri” (I cild, Bаkı, 2004; II cild, Bаkı, 2008, III cild, 2012) kitаblаrının həmmüəlliflərindən biridir. Baba Məhərrəmli indiyə qədər Kiprdə, Türkiyədə, Polşada, Macarıstanda, Rumınyada keçirilən nüfuzlu beynəlxalq türkoloji kon-franslarda Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmişdir. Onun araşdırmaları türk dillərinin kök sözlərinə, türk dillərində qorunan nostratik sözlərə, türk dillərinin etimologiyasına, türk dillərinin leksik-semantik sisteminə, türk dillərinin morfonologiyasına həsr olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.