Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.09.2020

H`Ayların və Armenlərin mənşəyi

AMEA Nəsimi adına Dilçilik İnstitunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmlər doktoru İlhami Cəfərsoyun yeni kitabı belə adlanır.
Kitabın elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professor Aslan Məmmədli və professor Qafar Çaxmaqlıdır.
Müəllif yeni əsərində sübuta yetirir ki, nə qədim h`ayların indiki ermənilərə bir aidiyyatı var, nə armenakların. H`Ayların əsil adı Ay olmuşdur. Onlar aya sitayiş edir və özlərini Ayli adlandırırdılar.
387-ci ildə h`aylar və onların tabeçiliyində olan xırda xalqlar yunanların və sasanilərin təsiri altına düşdülər. Öz dillərini, dinlərini, genlərini dəyişib, tamamilə başqa xalqa çevrildilər.
H`Aylar türklər kimi iltisaqi dilli idilər, indiki ermənilər flektiv dillidirlər. H`Aylar tanrıya tanqri deyirdilər, indiki ermənilər asduvats deyirlər.
H`Ayların qəbilə tanrılarından biri Uquz, yəni Oğuz adlanırdı. H`Aylar ilk xristianlıq dövründə patriarxlarına ata, atamxan deyirdilər. İlahə Ananı Ana, ilahə nənəni Nana adlandırırdılar. Sonra o teonimləri Anait və Nune eledilər.
H`Ayların bir qəbiləsi xristianlıqdan əvvəl beş siklop daşa sitayiş edir və özlərini Peş Taş adlandırırdılar. Xristianlıq dövründə həmin nəsildən Daşyan İakov adlı din xadimi çıxmışdır.
H`Aylar şumerlər kimi Həvvaya uyğun ilahələrinə və almaya İva deyirdilər. Həvva nə qədər ki, alma yeyirdi, cənnətdən qovulmamışdı.
Kitabın ən maraqlı fəsillərindən biri “Türk h`ayların Heraklıdır” adlanır. Arxaik forması Turuk olan o nəsil e.ö 18-ci əsrdə Troya şəhərini salmışdır.
Kitabın çox maraqlı fəsillərindən biri “Əsli və Kərəm Davud oğlu Süleyman dönəmində” adlanır. Ədəbiyyat tarixçilərinin ümumiləşmiş düşüncəsinə görə Əsli keşiş qızıdır və 16-cı əsrdə yaşamışdır.
Əsli və Kərəm çox qədim iki kultun adıdır. Arxaik forması Aşqli və Xeyram olan o kultun biri oğlan, biri qız kultudur. Əsli məbədinin kahinləri ayin zamanı xəncərlə bədənlərini doğrayar, qanlarını ilahənin bütünə çiləyərdilər. Kərəm məbədinin kahinləri Süleyman peyğəmbərə çoxlu qızıl, ləl-cəvahirat vermişdilər. Həmin cəvahiratla Təxri-Süleymanın divarları bəzədilmişdi.
Kitabda yalnız dilçilər və ədəbiyyatçılar üçün deyil, tarixçilər, siyasətçilər üçün maraqlı bilgilər vardır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.