Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
09.11.2020

Baba Məhərrəmli
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
Türk Dil Qurumunun müxbir üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent
.

Gözün aydın, Azərbaycan!

Bu gün 27 illik vətən həsrətimizə son qoyulur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev anadan olduğum Zəngilan rayonunun azad olunması xəbərini verməklə bütün zəngilanlılara yeni həyat bəxş etdi. Bu sevinc hissini sözlə ifadə etmək çox çətindir...27 ildir ürəyi torpaq, yurd həsrəti ilə alovlanıb - yanan vətəndaşlarımız indi qələbə xəbərlərini böyük qürur hissi ilə qarşılayırlar.
Dünyaya göz açdığım Şərifan kəndinin erməni qəsbkarlarının işğalından azad edilməsi xəbəri gözlərimizdə sevinc yaşlarının axmasına səbəb oldu, ürəklərimizdə qürur hissləri, beyinlərimizdə əsl xoşbəxtlik duyğuları yaratdı. Anadan olduğum Şərifan kəndi doğma Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biridir. Həkəri çayı ilə Araz çayının qovuşduğu məkanda yerləşən Şərifan kəndi Babək Xürrəmi, Qaçaq Nəbi kimi igidlərin oylağı olmuşdur. Tarixi adı Şəhri-Şərifan olan kəndimizdə orta əsrlərə aid qədim bir şəhərdən qalma bəzi tikililər mühafizə olunmuşdu. Orta əsrlərə aid Babək Xürrəmi ilə bağlı yazılan mənbələrdə Şəhri-Şərifan adlı oykonimin adı tez-tez çəkilir. Qaçaq Nəbinin çar müstəmləkəçilərinə qarşı apardığı mübarizələrə Həkəri çayının sahilində yerləşən bu kənd çox şahidlik etmişdir. Vaxtilə kəndimizdə arxeoloqlar tərəfindən qazıntılar aparılmış və çoxlu qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdi. Kəndimizdə XII əsrə aid sərdabə var idi. Eyni zamanda, orta əsrlərə aid hamam kompleksinin bəzi hissələri mühafizə edilmişdi. Təəssüf ki, erməni vandalları tərəfindən həmin abidələr indi məhv edilmişdir. Bir sözlə, Şərifan kəndi qədim bir Azərbayan şəhərinin izlərini yaşadan monumental tarixi məkandır.
Tanınmış ərəb tarixçisi Həmdullah Qəzvini Zəngilan şəhərinin əsasının VI əsrdə qoyulduğunu qeyd edirdi. Orta əsrlərə aid ərəbdilli mənbələrdə Zəngilan adı Santgelan şəklində qeyd olunmuşdur. Unikal bir coğrafiyada: Aran Qarabağla qədim Zəngəzur mahalının qovuşuğunda yerləşən Zəngilan rayonunun ərazisi həm İranla, həm də Ermənistanla həmsərhəddir. Bu baxımdan Zəngilan rayonunun ərazisi ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyır. Zəngilan doğma Azərbaycanımızın adını daima ucaldan oğullar vətənidir. XIX əsrdə Qasım bəy Zakir və Xurşud banu Natəvanla yaxın dostluq əlaqələri olan Məhəmməd bəy Aşiq Zəngilani klassik poeziyamızı öz lirik şeirləri ilə bəzəmişdir. 1929-cu ilə qədər Zəngilanın ərazisinə daxil olan, sonradan isə Ermənistanın Mehri rayonuna zorla birləşdirilən (xatırladım ki, həmin birləşdirilmə yalnız 1969-cu ildə rəsmiləşmişdir) Nüvədi kəndi Azərbaycanımızda ən çox alimlər yetişdirən, onlarla akademik və professorun doğulduğu kəndlərdən biridir. 20 noyabr Qarakənd faciəsinin qurbanlarından biri olan, ilk dəfə respublikamızda Xüsusi Təyinatlı Milis Dəstələri yaradaraq erməni qaniçənlərinə amansız zərbələr vuran sabiq Daxili İşlər Naziri, general-mayor Məhəmməd Əsədov Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdu. Dünyada ikinci, Avropada birinci olan Bəsitçay çinar meşəsinə, Vejnəli qızıl yataqlarına, Qotur su kimi min-bir dərdin dərmanı olan mineral sulara, qədim yaşayış məskənləri olan mağaralara, qızıl balıqları ilə məşhur olan büllur kimi saf sulu Həkəri çayına sahib olan doğma Zəngilanımın azad olunması bizə sonsuz sevinc bəxş edir.
Çox sevindirici haldır ki, bu gün torpağa sonsuz sevgisi olan, vətən uğrunda canından keçməyə hər an hazır olan gənc nəsil yetişir. Şəhid generalımız Polad Həşimovun qısasını alan, bir erməni generalını və iki erməni polkovnikini yalın əlləri ilə boğub məhv edən, onlarla döyüşçü dostunun həyatını xilas edən şəhid əsgərimiz Cəbrayıl Dövlətzadə Zəngilan torpağının yetirməsidir. Bu müqəddəs Vətən müharibəsində Azərbaycanımızın hər bir böl-gəsindən olan oğullarımız hərb sənətinin tarixinə qızıl hərflərə düşən qəhrə-manlıq nümunəsi, cəngavərlik rəşadəti göstərirlər. Bu müqəddəs missiyalı Vətən Müharibəsində sağlamlığını itirən hər bir əsgərimizə ulu Tanrıdan şəfa diləyirəm.
Tərtərin, Xocavəndin, Xocalının bir çox kəndlərinin, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının azad olunması xəbərləri çox qürurvericidir. Şuşa şəhərinin azad olunması isə bütün millətimizin tarixi qələbəsidir. Şuşa şəhəri bütün azərbaycanlıların mədəniyyət mərkəzi, musiqi beşiyidir, Azərbayca-nımızın incisidir. Şuşa şəhəri Xurşud banu Natəvan, Qasım bəy Zakir, Mir Möhsün Nəvvab, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Seyid Şuşinski, Bülbül, Əhməd bəy Ağaoğlu kimi nəhəng şəxsiyyətlərin vətənidir. Onların da ruhu bu qələbə sevinci ilə öyünür.
Mən bu sətirləri böyük qürur və sevinc hisləri ilə yazıram. Müzəffər ordumuzun döyüş meydanında hər bir qələbəsi xalqımızın, dövlətimizin və dövlətçiliyimizin tarixi zəfəridir.
Bu gün igid oğullarımızın od püskürən nəfəsinin qarşısında mənfur, qaniçən, şərəfsiz düşmənimiz can verir. Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın qəhrəmanlıq tarixinə yeni bir zəfər salnaməsi yazılır. Şəhidlərimizin ruhu sevinir. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağlının qisası alınır. Vətən həsrətinin yanğısı ilə dünyalarını dəyişmiş ata-analarımızın ruhu dilə gəlir. Dövlət və xalq birliyinin sarsılmaz üzvi vəhdəti müzəffər ordumuzu böyük tarixi qələbəyə doğru aparmaqdadır.
Bu gün döyüş meydanında Azərbaycan əsgəri Azərbaycan kişisinin qüru-runu, əzəmətini yenidən dirildir. Vətənimizin azadlığı yolunda şəhid olan hər bir qəhrəman əsgərimizin qarşısında baş əyirik! Eşq olsun bu aslan igidləri vətənimizə bəxş edən, onları vətənpərvərlik ruhunda tərbiyə edən ata və analara! Qüdrətli dövlətimizin hərbi gücü sayəsində azğın, mənfur və rəhmsiz düşmən məhv edilir. Millətimizin milli ruhu sanki yenidən özünə qayıdır, qürur mənbəyimiz olan igid oğullarımız böyük vətənpərvərliklə müqəddəs torpağımızdan rəzil düşməni təmizləyir.
Yaşadığımız günlərdə illərlə özümüzə “qonşu” bildiyimiz, çörək-su verdi-yimiz, dili də, tarixi də saxta olan bir hibrid xalq bizə tarix boyu etdiyi haqsız-lıqların cəzasını alır, ilahi ədalət öz hökmünü göstərir, haqqın səsi ucalır. Ana kitabımız olan “Kitabi-Dədə Qorqud”da deyildiyi kimi, “qarı düşmən dost olmaz”. Məhəbbət dastanımız olan “Əsli və Kərəm”də bu xalqın bizə genetik nifrətinin şahidi oluruq. Mir Möhsün Nəvvabın yazdıqları hələ XIX əsrdə bu mənfur xalqın bizə verdiyi əzablar haqqında tarixi sənədlərdir. Heç zaman dövləti və sabit məskunlaşma yeri olmayan, özlərini süni olaraq “hay” adlandıran, bəzi mənbələrə görə Kilikiyadan, bəzi mənbələrə görə isə Şərqi Anadoludan gəldiyi ehtimal edilən, əslində isə, vətəni də, mənşəyi də bilinməyən və tarixi Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılan bu qaraçı tayfası daima “Böyük Ermənistan” xülyası ilə yaşamışdır. Dünyada “erməni xəstəliyi” deyilən bir virusun daşıyıcısı olan bu vəhşi “qəbilə” Azər-baycan xalqının onlara göstərdiyi qonaqpərvərlikdən sui-istifadə edərək za-man-zaman tarixi ərazilərimizdə özlərinə dövlət qurmuşlar. Qafqaz ərazisində Azərbaycan türkünün ən aborigen, avtoxton etnos olması faktı onları hər zaman qısqandırmış və onlar bizim qədim mədəniyyətimizə qarşı səlib yürüşü aparmışlar. Nəhayət, ilahi ədalət öz sözünü deyir və bu mənfur düşmən öz cəzasını alır və inşaallah da, alacaqdır.
Cənab Ali Baş Komandan İlham Əliyev xalqımıza şanlı qəhrəmanlıq tarixi bəxş etdi. Artıq işğal olunmuş ərazilərimizin azğın düşmən tapdağından tam azad olunacağı gün çox da uzaqda deyil. Tezliklə Ağdamın, Laçının, Xankəndinin, Xocalının, Xocavəndin, Kəlbəcərin tam azad olunması xəbərini böyük səbirsizliklə gözləyirik. Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında illərdir içimizdə sızıldayan vətən həsrətinin acısını şirin duy-ğulara çevirən igid əsgərlərimiz namərd düşmənə amansız zərbə vurur. 200 ildir Azərbaycan xalqına qarşı soyqırımı siyasəti aparan mənfur, alçaq, rəzil düşmən öz cavabını alır. Azərbaycan əsgəri qanı və canı bahasına torpaqlarımızı düşmən əsarətindən azad edir. Bu gün döyüş meydanlarında Əliyar Əliyev, Allahverdi Bağırov, Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Cəbrayıl Dövlətzadə kimi nər oğullarımızın qisası alınır.
Ali Baş Komandanın rəhbərliyi altında işğaldan azad edilən torpaqlarımızda tezliklə abadlığın, rifahın qurulacağı gün çox yaxındır.
Təsadüfi deyilmir ki, tarixi yaradanlar sərkərdələrdir. Azərbaycan xalqının əbədi sevgisini qazanan Ali Baş Komandanımız İlham Əliyevə eşq olsun! Qəhrəman Azərbaycan əsgərinə eşq olsun! Uca Tanrım Ali Baş Komandanımızı və igid, qartal baxışlı, aslan ürəkli əsgər və zabitlərimizi qorusun! Tezliklə xarı bülbülün ətrini duymaq diləyi ilə bütün xalqımı böyük qələbə münasibətilə təbrik edirəm.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.