Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.12.2020

Türkoloq alim Elçin İbrahimov Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Türk Dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Əli oğlu İbrahimov Türk Ədəbiyyat Fondunun fəxri üzvü seçilib. Bununla bağlı qərar Fondun İdarə Heyətinin iclasında qəbul edilib.
AMEA-dan bildirilib ki, Fondun rəhbəri Serhat Kabaklının imzaladığı Fəxri üzvlük diplomu Elçin İbrahimova Türk Ədəbiyyatı Dərgisinin baş redaktoru Bəxtiyar Aslan tərəfindən təqdim olunub. O, qeyd edib ki, “Türk Ədəbiyyatı Fondunun fəxri üzvləri arasında türkdilli ölkələrdən bir çox gənclər var. Bu gün bizim fəxri üzvlərimiz sırasında gənc türkoloq alim Elçin İbrahimovun olması əlamətdar hadisədir. E.İbrahimovla uzun müddətdir ki, əməkdaşlıq edirdik, bu gün isə bu əməkdaşlığımız rəsmi şəkildə fəxri üzvlərimiz sırasına daxil oldu. Bunun gələcək əməkdaşlıqlarımız üçün də faydalı olacağını düşünürük. Fəxri üzvlüyü və əməkdaşlığımız türk dünyası üçün xeyirli olsun!”

Türkoloq alim Elçin İbrahimov bununla bağlı açıqlamasında deyib: “Türk Ədəbiyyatı Fondu görkəmli türk yazıçısı Əhməd Kabaklı tərəfindən 1978-ci ildə təsis edilib Türkiyənin nüfuzlu və türkdilli arealın tanınmış qurumlarındandır. “Türk ədəbiyyatı” dərgisi kimi ciddi nəşri 50 ilə yaxındır, hər ay nəşr edir. Mən Fondun rəhbəri hörmətli Sərhəd Kabaklı, tanınmış tərcüməçi və yazar İmdat Avşar və Bəxtiyar Aslan başda olmaqla namizədliyimi irəli sürmüş və dəstəkləmiş hər kəsə göstərdikləri etimada görə təşəkkür edirəm. Ümid və arzu edirəm ki, bundan sonra əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin yüksək səviyyədə inkişafına töhfə verəcək.”

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.