“Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti”
Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Həsənli-Qəribovanın “ Azərbaycanca-türkcə izahlı dilçilik terminləri lüğəti” (Bakı: Elm, 2020, 420 səh.) nəşr olunmuşdur. Əsərin elmi redaktoru professor Rüfət Rüstəmov , rəyçilər professor Kamil Bəşirov və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovdur . Lüğətdə fonetika, leksikologiya, morfologiya, üslubiyyat, nitq mədəniyyəti, onomastika və dilçiliyin diğər sahələrində daha çox işlənən 1800 terminin azərbaycanca-türkcə qarşılığı müəyyənləşdirilmiş və izahı verilmişdir. İlk dəfə izahlı “Azərbaycanca-türkcə izahlı dilçilik lüğəti” tərtib olunmuşdur. Lüğətin tərtibi zamanı dilçilikdə işlənən müxtəlif mənbəli terminlər toplanmış, mənşəyi, mənbə dildəki mənası, əsas sözün mənası izah edilmişdir. Lüğətin məqsədinə uyğun olaraq terminlərin izahında dəqiq, sadə izahlara üstünlük verilmişdir.