Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
Dissertasiya Şurası
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.01.2021

Ana dilinin saflığını qorumaq hamının borcudur

13 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutun direktoru akademik Möhsün Nağısoylu ölkə Prezidenti Cənab İlham Əliyevin ana dilinin saflığının qorunması ilə bağlı göstərişləri və Dilçilik İnstitutunun qarşıda duran vəzifələri barədə ətraflı çıxış edib.

Akademik bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində dil amili həmişə mühüm yer tutmuşdur. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı həm çoxsaylı Sərəncam və Fərmanları, həm də müxtəlif tədbirlərdəki çıxışları əyani şəkildə sübut edir. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin qürur və sevincini yaşadığımız bu günlərdə – 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Anar Kərimovu videoformatda Mədəniyyət naziri vəzifəsinə təyin edərkən dərin məzmunlu çıxışında bunu bir daha təsdiq etdi. Ölkə Prezidenti bu tədbirdə öncə Azərbaycanın zəngin və təkrarolunmaz mədəniyyətinin qürur mənbəyi olduğunu və mədəni irsimizi qorumağın vacibliyini diqqətə çatdırdı, sonra isə çıxışının müəyyən bir hissəsini ana dilimizin qorunması və saflğı məsələsinə həsr etdi. Cənab İlham Əliyev dilimizə böyük sevgi, diqqət və qayğısının bariz ifadəsi olan bu çıxışında dedi: “Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”.


Möhsün Nağısoylu qeyd edib ki, Ölkə Prezidenti ana dilimizin zənginliyi baxımından dünya dilləri sırasında xüsusi yeri olduğunu da vurğuladı: “Hesab edirəm ki, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri sırasında xüsusi yeri vardır”.
Ölkə Prezidenti bu çıxışında dilimizin saflığının pozulması ilə bağlı narahatlığını da bildirdi.
Sonra Dilçilik İnstitutunun elmi şurasında mövcud problem müzakirə olunmuş və məsələ ilə bağlı aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif kimi irəli sürülmüşdür:
1. Dövlət televiziya kanalında və digər kanallarda “Azərbaycan dili” verilişi bərpa edilsin və verilişdə dilimizin saflığı və ədəbi dil normalarının pozulması məsələsi geniş şəkildə işıqlandırılsın.
2. Azərbaycan dilinin saflığının qorunması istiqamətində maarifləndirmə işi gücləndirilsin.
3. Mətbuat və televiziya işçilərinin işə qəbulu zamanı onların nitq mədəniyyətinə bələdliyi səviyyəsi yoxlanılsın.
4. Nitq mədəniyyəti ilə bağlı məsələlər mətbuatda mütəmadi olaraq işıqlandırılsın.
5. Ayrıca olaraq mətbuat və televiziya işçiləri üçün praktik “Nitq mədəniyyəti” vəsaiti hazırlansın.


İclasda Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru Sevinc Əliyeva çıxışında bildirib ki, ədəbi dilin saflığının qorunması hamıdan asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız, kimliyimiz olan dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur. S.Əliyeva vurğulayb ki, Monitorinq Mərkəzi 61 saytda monitorinqlər aparıb. Həmçinin Şuşada Monitorinq Mərkəzinin yaradılması bizim əsas planlarımızdan biridir.
Professorlar İsmayıl Məmmədli , Sayalı Sadıqova isə dilimizə daxil olan terminlər, terminoloji lüğətlər, Orfoqrafiya və orfoepiya lüğətlərinin tərtibi, nəşri barədə məlumatlar verdilər.

Elmi şuranın katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2021-ci il üçün İş planını diqqətə çatdırdı. İş planı müazkirə edildikdən sonra təsdiq olundu.
Daha sonra şöbələr üzrə Elmi tədqiqat işlərinin fərdi planları müzakirəyə çıxarılaraq təsdiq edildi.
Sonda Elmi şura öz işini yekunlaşdırdı.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.