“Qaynar xətt” yenidən fəaliyyətə başlayıb
Müxtəlif saytlarda AMEA-nın Dilçilik İnstitutu ilə bağlı, konkret olaraq, Monitorinq şöbəsi və onun nəzdində olan “Qaynar xətt”in fəaliyyəti ilə əlaqəli tənqidi yazılar dərc olunmuşdu.
Tərəfimizdən onların hər birinə cavablar göndərilmişdir. Cavablarda mövcud reallıq öz əksini tapmışdır. Reallıq isə bundan ibarətdir ki, akademiya rəhbərliyinin pandemiya dövründə tətbiq etdiyi davamiyyət rejimi əməkdaşların tam olaraq işə gəlməyinə yol vermədiyi üçün “Qaynar xətt”in işinin dayandırılması müvəqqəti xarakter daşımışdır. Bildiririk ki, pandemiya şərtlərinin yumşaldılması ilə paralel olaraq, xəttin işi artıq bərpa edilmişdir.
Konkret suallarla bağlı “Qaynar xətt”ə müraciət etmək istəyənlər üçün xəttin nömrəsini bir daha xatırladırıq: 0125380637
“Qaynar xətt”in rəhbəri: Dos. Elçin İsmayılov