Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.02.2021

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə aid onlayn tədbir keçirilib.
Tədbiri Dilçilik İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Bildirib ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə – elmin, sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universi-tetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Həmin tədbirlər sırasında böyük rəhbərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır.
Akademik bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən dövlət başçısı İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır.


Tədbirdə Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan dilinin saflığının qorunub saxlanmasında dilçilik məsələləri ilə bilavasitə məşğul olan Nəsimi adına Dilçilik İnstitutunun üzərinə çox böyük məsuliyyət düşür. Bu milli məsuliyyəti dərindən dərk edən qurumun kollektivi ana dilimizin hər bir ifadəsinin düzgünlüyünün keşiyində durur. Onun təbliği, qorunması, inkişaf etdirilməsi, yad sözlərdən təmizlənməsi üçün ciddi səylər göstərir.
İclasda ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüsyenova, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri ,professor Sənubər Abdullayeva, AzTU-nun Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev Azərbaycanda dil quruculuğu sahəsində görülən işlərdən danışıblar. Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd ediblər.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci katibi Aysel İbrahimli isə çıxışında ölkəmizdə belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.
Sonra filologiya üzrə elmlər doktoru Mayıl Əsgərov “Azərbaycan dilini dünyada tanıdaq” mövzusunda çıxış edib.
Tədbirdə çıxış edən professorlar Sayalı Sadıqova, Qara Məşədiyev, Sevinc Əliyeva dilimizi tarixboyu yaşadan söz ustalarından, alimlərdən, yazıçılardan sitatlar gətirərək, dilin qoruyucusunun xalq olduğunu diqqətə çatdırıblar.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.