Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.02.2021

“Erməni dilində isim”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin əməkdaşı, “Türk dilləri” şöbəsinin dissertantı Türkan Əzizzadənin “Erməni dilində isim” adlı tədris vəsaiti çap olunub. Türkan Əzizzadə eyni zamanda 2016-2018-ci illərdə Dilçilik İnstitutunun “Erməni dili” ixtisası üzrə magistrantı olmuşdur.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru İlhami Cəfərsoy, rəyçiləri professor Qafar Çaxmaqlı və filologiya üzrə fəlsəfə doktoru Günel Orucovadır.
Tədris vəsaitində Azərbaycan dili ilə müqayisəli şəkildə erməni dilinin isimləri, onun quruluşca və mənaca növləri, ümumi və xüsusi isimlər, ismin cəm, mənsubiyyət, hal, xəbərlik və müəyyənlik kateqoriyaları ətraflı şəkildə nəzərdən keçirilmişdir. Eyni zamanda ismin müxtəlif halları ilə işlənən qoşmalar, fərqli hallanan söz qrupları da kitabda sistemli şəkildə yer almışdır.
Vəsait ali təhsil alan tələbələrin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.