Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.04.2021

Elmi şuranın iclası keçirilib

14 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitunda Elmi şuranın onlayn iclası keçirilib.
İclası giriş sözü açan müəssisənin direktoru akademik Möhsün Nağısoylu gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.
İclasda işğal olunmuş ərazilərə dair elmi tədqiqat işlərinin vəziyyəti barədə fil.e.d., prof. Qara Məşədiyev və fil.ü.f.d., dos. Kifayət İmamquliyeva çıxış edib. Bildirilib ki, yaxın zamanlarda aparılan tədqiqatlarla bağlı nəşrlər işıq üzü görəcək
2020-ci il doktoranturaya və dissertanturaya qəbul barədə Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Quliyeva məlumat verib. Bildirilib ki, fəlsəfə doktorluğu üzrə doktoranturaya bu il üç nəfər doktorant qəbul olub. ( iki nəfər Dil nəzəriyyəsi, bir nəfər Türk dilləri ixtisası üzrə)
İclasda Monitorinq şöbəsi üzrə boş olan şöbə müdiri vəzifəsinə elan olunmuş müsabiqəyə əsasən fil.ü.f.d., dos Ruslan Abdullayevin namizədliyi Elmi şura üzvləri tərəfindən səsvermə yolu ilə təsdiq olunub.
Sonda iclasın elmi katibi fil.ü.f.d., dos Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.