Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
"Azərbaycan dilinin əcnəbilərə tədrisi mərkəzi - Salam Azərbaycan"
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.04.2021

“Azərbaycan dilinin orfoqrafiya lüğət”i çap olunub

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşıları tərtib etmişlər.
Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorlar filologiya elmləri doktoru, proefessor ismayıl Məmmədli və filologiya elmləri doktoru Nəriman Seyidəliyevdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin rəyçiləri filologiya elmləri doktoru, professorlar Buludxan Xəlilov və Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əhmədovadır.
Lüğətə 5000-dən çox söz daxil edilmişdir. Bu qəbildən olan sözlərin bir hissəsi dilimizin daxili imkanları hesabına yaranmış neologizmlərdən ibarətdir. Məsələn: buraç,paylaşım, tanıtım, uzadıcı və s.
Əvvəlki orfoqrafiya qaydaları ilə müqayisədə bir sıra yenilikləri əhatə edən orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli qərarı ilə təsdiq olunmuş və 3 noyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə müasir dövrdə inkişafda olan elm və texnikanın müxtəlif sahələrində, eləcə də mətbuat, radio, televiziya, kino dilində bu sahələrin sıx bağlı olduğu informatika, informasiya texnologiyaları, logistika, idman, kulinariya və turizm terminləri də verilmişdir.
Lüğətin yeni nəşrində dünya təcrübəsinə əsasən dialekt leksikasına, danışıqda işlənən sözlərə də müəyyən yer ayrılmışdır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün tez-tez nəzərə çarpan sinonimlərinin verilməsi halları yeni nəşrdə aradan qaldırılmışdır. Məsələn, dildə işlənmək vəziyəti nəzərə alınmaqla əvvəlki lüğətə daxil edilmiş kvorium-yetersay, plyaj-çimərlik, svetofor-işıqfor, vzvod-taqım, yubka-ətək kimi sinonim sözlərdən yalnız ikincilər yeni lüğətdə saxlanmışdır.
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində eyni sözün müxtəlif variantlarına rast gəlmək mümkündür. Altın-altun, qaboy-qoboy, təlmə-tələsik-tələm-tələsik. Lüğətin yeni nəşrində yuxarıdakı nümunələrin ikinci variantları saxlanılmış, çoxvaruantlılıq aradan qaldırılmışdır.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.