Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.07.2021

“Azərbaycanca-uyğurca lüğət”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.4.2.ci bəndində 2013-2020-ci illər ərzində “Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması” nəzərdə tutulmuşdur. Bu məqsədlə AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Nadir qızı Əliyevanın Azərbaycan və uyğur türkləri arasındakı dərin tarixi köklərin izlərini özündə əks etdirən “Azərbaycanca-uyğurca lüğət”i nəşr olunub (Bakı: “ZƏNGƏZURDA” çap evi, 2021 – 162 s.). Lüğət əsasən ümümişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4000-ə yaxın sözün qarşılığı verilib. Burada frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb. Lüğət A.İliyev, Ş.Kibirov, M.Ruziyev və Y.Sunvazonun tərtib etdikləri (Moskva,1956) “Russko-uyqurskiy slovar” (redaktor T.Rəhimov) və E.N.Nadcipin tərtip etdiyi (Moskva,1968) “Uyqursko-russkiy slovar” və http://tilachar.ru/dictionary saytının materialları əsasında tərtib olunub. Azərbaycanda ilk dəfə olaraq hazırlanmış bu lüğət geniş oxucu kütləsi, xüsusən filoloq və türkoloqlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycanca-uyğurca lüğət” tanınmış türkoloq, fədakar insan, professor Məhəbbət Mirzəliyevanın unudulmaz xatirəsinə ithaf olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.