Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.09.2021

Nizami Gəncəvinin “Xəmsə”sində işlənmiş kosmonimlərdən bəhs edən kitab çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Kübra Quliyevanın “Nizami Gəncəvinin söz xəzinəsindən: “Xəmsə”də işlənmiş kosmonimlər” kitabı çapdan çıxıb. Kitabın redaktorları Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Zəhra Allahverdiyevadır.

Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan məlumat verilib. Kitabda dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sində işlənmiş kosmonimlərdən, farsdilli izahlı və digər tarixi lüğətlərin yaranmasında Nizaminin leksikasının, xüsusən istifadə etdiyi onomastik vahidlərin rolundan və əhəmiyyətindən, onların leksik tərkibi, mənşəyi, etnolinqvistik xüsusiyyətlərindən, astrologiya ilə əlaqəsindən, kosmonimlərdən düzələn şəxs adlarından, Nizami Gəncəvidən əvvəl və sonra yazılmış klassik ədəbiyyatlarda kosmonimlərin işlənməsindən bəhs edilir.

Kitab onomastika ilə maraqlananlar, filoloqlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.