Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.09.2021

Dilçilik İnstitutunun elmi katibi IX. Uluslararası Türk Dili Qurultayında iştirak edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva T.C.Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumu ilə birlikdə 26-30 sentyabr 2021-ci il tarixlərində online olaraq təşkil edilən IX. Uluslararası Türk Dili Qurultayında iştirak edib, sertifikatla təltif olunub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, beynəlxalq forumda Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən dəvət olunmuş alimlər iştirak ediblər.

Tədbirdə A.Məşədiyeva “Çağdaş türk lehçelerinde ve ağızlarında standart ve spesifik zarf-fiil eklerinin fonetik durumu” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, müasir türk dillərində standart və spesifik feili-bağlamaların strukturunun, tarixi inkişaf prosesində məruz qaldıqları dəyişikliklərin araşdırılması olduqca vacibdir. Bu cür tədqiqatlar türk dillərinin mövcud olan problemlərinin həll edilməsində və dillərin bir sıra bilinməyən istiqamətlərinin müəyyənləşdirilməsində son dərəcə aktualdır.

Məruzə qurultay iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.