Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi

Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası

 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.11.2021

Elmi şuranın hesabat iclası keçirilib

22 noyabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli öncə Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlini 75 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı və uğurlar arzulayıb.
Sonra professor Nadir Məmmədli gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.
İclasda institutun 2021-ci il elmi-təşkilati fəaliyyəti haqqında şöbə müdirlərinin illik hesabatı dinlənilib. Şöbə müdirləri hesabat məruzələri ilə çıxış ediblər.
Həmçinin institut alimlərinin beynəlxalq və respublika konfranslarında fəal iştirakı haqqında məlumatlar diqqətə çatdırılıb.
İnstitutun nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasının Elmi seminarlarının hesabatı barədə seminar katibləri filologiya üzrə fəlsəfə doktoru, dosentlər Güntəkin Binnətova, Təranə Şükürlü və Rasim Heydərov məlumat verib.

İnstitutun nəzdindəki Dissertasiya Şurasının işi haqqında şuranın katibi dosent Sevinc Məmmədova ətraflı çıxış edib.
İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı haqqında dosent Təranə Şükürlü geniş məlumat verib. T.Şükürlü bildirib ki, institutun fəaliyyətini virtual aləmdə əks etdirən www.dilcilik.az saytı fəaliyyət göstərir. İnstitutda keçirilən tədbirlər, görüşlər, baş verən mühüm hadisələr haqqında xəbərlər hazırlanır, fotoçəkilişlər aparılır və saytda yerləşdirilir.
İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilib. Professor Rüfət Rüstəmov, filologiya elmləri doktorları Nərgiz Hacıyeva və Gülsüm Hüseynova elmi şuranın üzvü seçilib.


Qədim dillər və mədəniyyətlər şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Günel Məzahir qızı Orucovanın Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri vəzifəsinə təyin edilməsi məsələsi də müzakirə olundu. İclasda Günel Orucova Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri vəzifəsinə seçilib.
Sonra şuranın katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva cari məsələləri diqqqətə çatdırıb. Həmçinin 2021-ci il qış sessiyası doktorluq imtahanları komissiyaları təsdiq edilib.
İclasda Hind-Avropa dilləri şöbəsi üzrə böyük elmi işçi vəzifəsinə elan olunmuş müsabiqəyə əsasən seçkilər keçirilib. (09 oktyabr 2021-ci il tarixli AZERTAC saytında dərc olunmuş elana əsasən).

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.