Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.12.2021

"Qədim və orta əsr lüğətlərinin tərtibi prinsipləri“

AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xədicə İsabala qızı Heydərovanın təqdim etdiyi “Qədim və orta əsr lüğətlərinin tərtibi prinsipləri” adlı monoqrafiyası çap olunub.
Kitabın elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçilər filologiya elmləri doktoru Nəriman Seyidəliyev və filologiya üzrə fəlsəfə doktoru Arzu Hüseynovadır.
Monoqrafiyada b.e.ə. 2300-cü ildən başlayan və b.e. VIII əsrinə qədərki lüğətlərin tərtibi prinsiplərinin təhlili öz əksini tapmışdır. Tədqiqatçı tarix boyu dünya lüğətçiliyi sahəsində olan ümumi tendensiya və qanunauyğunluqları müəyyənləşdirərək onları analiz edir, ən qədim dövrdən indiyə qədər predmet tematik prinsipdən əlifba sisteminə qədər keçilmiş inkişaf yolunu araşdırır. Əsər üç fəsildən ibarətdir. Birinci fəsildə ən qədim tarixə malik şumer, hind, çin və yunan lüğətləri tədqiq olunur. İkinci fəsil “Ərəb lüğətçiliyi əsasında şərq lüğətçiliyinin formalaşması (VIII- XVIII əsrlər)” adlanır və burada ərəb lüğətçiliyinin tərtibi prinsipləri, orta əsrlərdə ərəb leksikoqrafiyasının təsiri altında formalaşmış tədrisi xarakterli qrammatik şərhləri olan qıpçaq, cağatay və Azərbaycan lüğətçiliyi araşdırılır. Üçüncü fəsil Avropa lüğətçiliyinin yaranması və inkişafına (I-XVIII əsrlər) həsr olunmuşdur. Burada latın, ingilis və rus-slavyan lüğətçiliyi tədqiq olunur.
X. Heydərova bu vaxta qədər mövcud olmuş lüğətləri daxili quruluş nöqteyi-nəzərindən aşağıdakı növlərə ayırır:
1. Predmet-tematik sistem (mövzular üzrə sözlərin qruplaşdırılması);
2. Artikulyasiya əsaslı sistem (boğaz səslərinə görə sözlərin düzülməsi).
3. Qafiyə üsullu sistem (sözlərin ilk və son hərflərinin əlifba sırası ilə ardıcıl düzülməsi);
4. Kök-yuva sistemi (sözün kök samitlərinin baş söz söz kimi verilməsi və həmin samitlər əsasında yaranan derivativ törəmələrin bir lüğət məqaləsinə toplanması);
4. Əlifba sıralı sistem (baş sözlərin ilk hərfləri əsasında əlifba sırası ilə düzülməsi).
Ən qədim dövrdən indiyə qədər yaradılmış, öz dövründə iz qoymuş lüğətlərin quruluşu və sözlüyü haqqında müfəssəl məlumatlar daşıyan bu əsər həm informativ və həm də elmi əhəmiyyətə malikdir. Çünki Xədicə Heydərova burada lüğətçiliyin tərtibi prinsiplərinin mərhələli inkişafını, ümumi qanunauyğunluqlarını və tendensiyalarının izlənməsini, bir-birinə göstərdiyi təsirini, hətta orta əsr türk lüğətlərində tətbiq edilən əlifba sistemi və o dövrün lüğətçilərinin qədim türk dillərinin fonetikası haqqında söylədiyi fikirlərin müqayisəli tədqiqatını aparır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.