Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
31.12.2021

Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyasına başlanılıb

AMEA prezidentinin 1 dekabr, 2021-ci il, 555 saylı sərəncamı ilə akademiyanın institutlarında müxtəlif istiqamətlərdə fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyasına başlanılıb. 07-27 dekabr tarixlərində keçiriləcək qış sessiyası təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq əyani şəkildə: yazılı və şifahi formada keçirilib. İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, institutda mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, imtahan sessiyasında iddiaçıların bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılmışdır.
Fəlsəfə doktoru hazırlığı üzrə doktorluq imtahanlarının qəbulu ilə bağlı qış imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq hər bir ixtisas üzrə imtahan komissiyaları yaradılıb.
Professor Nadir Məmmədlinin rəhbərlik etdiyi imtahan komissiyaları 22 dekabr 2021-ci il tarixində Dil nəzəriyyəsi (5704.01), Azərbaycan dili (5706.01), Türk dilləri (5710.01) ixtisasları üzrə doktorluq minimum imtahanlarını qəbul etmişlər. 22 dekabr 2021-ci il tarixində Dil nəzəriyyəsi - 5704.01 ixtisası üzrə ərizə verən 6, Azərbaycan dili - 5710.06 ixtisası üzrə 3, Türk dilləri - 5710.01 ixtisası üzrə 1 iddiaçıdan imtahan götürülmüşdür. Respublikaının müxtəlif təhsil ocaqlarından müraciət edən iddiaçılar yazılı və şifahi formada imtahan vermişdir. İmtahan zamanı komissiya üzvləri həm dissertasiya mövzuları, həm də ixtisas proqramları çərçivəsində suallar verərək iddiaçıların biliklərini 10 ballıq sistemlə qiymətləndirmişlər.


İxtisas fənni üzrə tərtib olunan proqram əsasında hazırlanan biletlərdən əlavə iddiaçılar dəqiqləşdirici sualları da cavablandırmışlar. Doktorluq imtahanları prosesində AMEA Rəyasət Heyəti Təhsil şöbəsi Doktorantura sektorunun baş mütəxəssisi Sevinc Əliyeva iştirak edib.
İmtahan sessiyası mövcud qaydalara uyğun təşkil edilmiş, sualların tərtibi, biletlərin hazırlanması və imtahanın təşkili zamanı AAK-ın qoyduğu tələblər nəzərə alınmış, iddiaçılar öncədən proqram və vəsaitlərlə təmin olunmuş, imtahanda biliyin qiymətləndirilməsində şəffaflıq və obyektivlik tam təmin olunmuşdur. AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2021-ci ilin doktorluq qış imtahan sessiyası uğurla sona çatmışdır.
Qeyd edək ki, imtahandan uğurlu nəticələr əldə edən iddiaçılar növbəti mərhələyə - disseratsiya mövzusunun ilkin müzakirəsinə buraxılacaqlar.

 

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.