AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar jurnalist,
professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş
“Televiziyavə radio verilişlərinin dil problemləri” mövzusunda
Elmi sessiya:
Proqram:
1. Giriş sözü: Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli.
2. (Qulu Məhərrəmlinin elmi-pedaqoji və jurnalistika fəaliyyətinə həsr olunmuş qısa videoçarxın nümayişi )
3. Televiziya və radio nitq mədəniyyəti tribunasıdır. Məruzəçi: dosent Baba Məhərrəmli
4. Qulu Məhərrəmli televiziya və radio dilinin araşdırıcısı kimi. Məruzəçi: professor İsmayıl Məmmədli
5. Ekran, efir və nitq mədəniyyəti problemləri:
Məruzəçi: dosent Təranə Şükürlü
6. Azərbaycan televiziya məkanında siyasi icmallar veriliş formatı kimi. Məruzəçi: BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev.
7. Prof. Qulu Məhərrəmlinin təşəkkür çıxışı.
Elmi sessiya 20 dekabr 2024-cü il saat 1100-da AMEA-nın Əsas binasında Kiçik akt zalında (2-ci mərtəbə) keçiriləcəkdir.
Maraqlananlar iştirak edə bilərlər
Şrifti böyüt:
Çap et