ELAN

Şrifti böyüt:
Çap et

2026-cı il yanvar ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji Qurultay -100” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Mövzular:

1. I Türkoloji Qurultay: Dil problemləri
2. Türk dilləri
3. Azərbaycan dili
4. Nəzəri dilçilik
Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ:

- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;
- Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;
- 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;
- Ədəbiyyat siyahısı əlifba üzrə;
- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.
Konfransda iştirak etmək üçün məqalələr 15 yanvar 2026-cı il tarixinədək turkolojiqurultay@gmail.com emaile göndərilməlidir.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.

Hörmətlə: Təşkilat Komitəsi