AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası
şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə
Gülhüseyn qızı Qəmbərovanın Azərbaycan və ingilis dillərində “Azərbaycan dili
dialekt və şivələrinin xalq təbabəti leksikası” adlı monoqrafiyası “Elm və təhsil”
nəşriyyatında çapdan çıxmışdır.
Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 31 yanvar
2022-ci il tarixli 2 saylı protokoluna əsasən çap olunmuşdur.
Əsərin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent
K.İmamquliyeva, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent K.Quliyeva və
filologiya üzrə fəlsəfə doktoru, dosent G.Axundovadır.
Monoqrafiyanın ingilis dilinə tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru
Vəfa Abdullayeva-Nəbiyevadır.
Kitabın elmi-tibbi məsləhətçisi həkim-terapevt Şahin Məmmədovdur.
Azərbaycan və ingilis dillərində yazılmış monoqrafiya Azərbaycan dilinin
xalq təbabəti leksikasının diaxronik-dialektoloji tədqiqinə həsr olunmuşdur. Kitab
ön söz, mövzuya dair elmi tədqiqat, 2300-dən çox sözlük, istifadə olunmuş
ədəbiyyat, informatorların siyahısı, əlavələr və s. ibarətdir.
Ön sözdə Azərbaycan dilinin etnotəbabət leksikası məsələlərinə müfəssəl
nəzər salınmış, mövzunun aktuallığı əsaslandırılmışdır. Sözlük hissəsində
Azərbaycan dilinin xalq təbabəti leksikasının izahlı-ikidilli izahlı lüğətində sözlərin
aid olduğu nitq hissəsi, Azərbaycan ədəbi dilində və ingilis dilindəki qarşılığı
verilmişdir. Monoqrafiya dilçi-filoloqlar, tarixçi-etnoqraflar, habelə geniş oxucu
kütləsi üçün maraqlı elmi və təcrübi faktlarla zəngindir.
Şrifti böyüt:
Çap et