Dəvətnamə

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının tərtib etdiyi “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” çapdan çıxmışdır. Atlas 2022-ci il Azərbaycan Respublikasında “Şuşa ili”nə həsr olunmuşdur.
Sizi “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimat mərasiminə dəvət edirik.
Təqdimat mərasimi 08 dekabr 2022- ci il saat 13.00
Hüseyn Cavid prospekti 115 ünvanında (II mərtəbə, akt zalı) keçiriləcəkdir.
Hörmətlə:
AMEA Nəsimi adına Dilçilik İnstitutunun təşkilat komitəsi

TƏDBİRİN PROQRAMI

Giriş sözü: İsa Həbibbəyli. AMEA-nın prezidenti, akademik
Nadir Məmmədli. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, professor
Məruzə: Kifayət İmamquliyeva . AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan Dialektologiyası şöbəsinin müdiri, dosent
Nizami Cəfərov. Atatürk Mərkəzinin direktoru, akademik, millət vəkili
Teymur Kərimli. M.Füzuli adına Əlyazmalar İnstitutunun Baş direktoru, akademik
Musa Qasımlı. AMEA Qafqazşünaslıq İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili
Tural Gəncəliyev. “Qarabağa Dönüş” İctimai Birliyinin sədri, millət vəkili
Qəzənfər Kazımov. AMEA Nəsimi adına Dilçilik İnstitunun baş elmi işçisi, professor
Kərim Şükürov. AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Baş direktoru, professor
Kərim Tahirov. Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor