Şrifti böyüt:
Çap et
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya
Komissiyasının və AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının
qərarı ilə “İzahlı yeni terminlər lüğət”nin üçüncü cildi nəşr olunub. Kitabın
elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyeva,
rəyçilər professor Qəzənfər Kazımov və professor Mirvari İsmayılovadır. Lüğətin
tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.
Lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2000 yeni termin
toplanmışdır. Hər bir terminin etimologiyası və geniş izahı verilmişdir.