“Müasir Azərbaycan dili” kitabının II cildi ( Leksikologiya)
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarına
əsasən çap olunub. Kitabın baş redaktoru Nəsimi adına Dilçilik
İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, redaktorları
professor İsmayıl Kazımov, filologiya elmləri doktoru Nərgiz Hacıyeva,
rəyçilər professorlar Mahirə Hüseynova, Sevil Mehdiyeva və İsmayıl
Məmmədlidir.
“Müasir Azərbaycan dili” kitabında dilimizin leksik strukturunun
müasir vəziyyəti geniş və elmi biçimdə əhatə edilir.
1152 səhifədən ibarət olan kitabda Leksikologiyanın bölmələri,
“Söz nəzəriyyəsi” nə giriş, Leksikolgiyanın yeni tipləri, səhə, qohumluq,
temporal, emosinal və emotiv leksika, semasiologiya, mənşəcə
Azərbaycan dilinin lüğət tərkibi,üslubca leksikası, istifadə dairəsinə
görə söz qrupları, söz yaradıcılığı, frazeologiya leksikoqrafiya
haqqında geniş hissələr öz əksini tapıb.
Akademik leksikologiyanın hazırlanması kollektiv əməyin
məhsuludur. Kitab leksikologiya, semasiologiya, frazeologiya, söz
yradıcılığı, lüğətçilik və s dilçilik bölmələrinin ən son nailiyyətləri
əsasında yazılmışdır. Burada ənənəvi, normativ leksikologiya ilə yanaşı,
bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən funksional
leksikologiya, koqnitiv leksikologiya və assosiativ leksikologiya kimi
yeni məsələlərə yer verilmişdir. Akademik leksikologiyadan
tədqiqatçılar, magistlər, müəllimlər və digər maraqlananlar istifadə edə
bilərlər.
Şrifti böyüt:
Çap et