AMEA Nəsimi adına Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin
aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru , dosent Gülşən Axundovanın
“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində “ kitabı çap
olunub.
Elmi şuranıın qərarı ilə çap olunan kitabın elmi redaktoru professor Nadir
Məmmədli, rəyçilər professorlar İlham Tahirov, dosentlər Yeganə Tağıyeva və
Baba Məhərrəmlidir.
Kitab müstəqillik dövründə ilk dəfə Azərbaycan ərazi vahidlərinin rus dilinə
transliterasiyasında dilimizin özünəməxsusluğunu mühafizə etmək şərtilə
hazırlanmış bir işdir.
Oxucuya təqdim olunmuş kitabda Azərbaycan Respublikası ərazisində
mövcud olan məntəqələrin bütün ərazi vahidlərinin adlarının rus dilində düzgün
müvafiq “Qaydalara” əsaslanan transliterasiyası verilmişdir.
“Azərbaycan Respublikasının ərazi vahidlərinin adları rus dilində “ kitabı dövlət
qurumları, mülkiyyət və təşkilati –hüquqi formasından asılı olmayaraq bütün
hüquqi və fiziki şəxslər, dilçilər, tərcüməçilər, tədqiqatçılar və Azərbaycanla
maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Şrifti böyüt:
Çap et