Dilçilik İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir

Şrifti böyüt:
Çap et

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ştatda vakant olan vəzifəni tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər Toponimika şöbəsi üzrə şöbə müdiri vəzifəsinə 1 yer, baş elmi işçi vəzifəsinə 1 yer və aparıcı elmi işçi vəzifəsinə 1 yerdir.

    Müsabiqədə filologiya üzrə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş.,
H.Cavid pr., 117, V mərtəbə
Elmi katib: (+994 12) 5372088