Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun
təsisçisi olduğu “Türkologiya” jurnalının 2022-ci il üçün 2-ci nömrəsi çapdan
çıxıb.
Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə, Çin, Özbəkistan , Makedoniya
və Bolqariya alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc
olunub.
Daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın “dil və ədəbiyyat
əlaqələri”, “dil nəzəriyyəsi”, “mifolinqvistika”, “dil mədəniyyəti”, “multidissiplinar
dilçilik”, “türkologiyanın klassikləri” , “ədəbi irs” rubrikalarında yer alan nəzəri
məqalələr oxucular tərəfindən maraqla qarşılanacaq.
“Personalia” rubrikasında Mirzə Kazımbəy 220, Vasili Radlov 185, Nuryağdı
Nartıyev 80, Elbrus Əzizov 75 yubiley məqalələri çap olunub.
Jurnalın baş redaktoru Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri professor
Nadir Məmmədli, məsul katibi dosent Aysel Qəriblidir.
“Türkologiya” jurnalı ildə 2 dəfə nəşr olunur. Jurnalın növbəti sayı üçün
məqalə qəbulu davam edir.
Şrifti böyüt:
Çap et