“Görkəmli dövlət xadimi
Heydər Əliyevin dil siyasəti və
ana dilinin müasir problemləri”
adlı Respublika elmi konfransı
keçiriləcək.

Şrifti böyüt:
Çap et

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq Nəsimi adına Dilçilik İnstitutunda “Görkəmli dövlət xadimi Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” adlı Respublika elmi konfransı keçiriləcək. Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaq:

- Heydər Əliyev və dil siyasəti;
- Heydər Əliyev və nitq mədəniyyəti;
- Ümumi dilçilik məsələləri;
- Dil tarixi;
- Müasir Azərbaycan dili.

Mövzular üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ:

- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;
- Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;
- Ədəbiyyat siyahısı əlifba üzrə;
- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 01.04.2023-cü il tarixinədək konfransdilcilik100@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.