Istanbulda professor Nadir Məmmədlinin "Azerbaycan Folkloru ve Konuşma Kültürü" adlı kitabı çap olunub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədlinin İstanbulda "Azerbaycan Folkloru ve Konuşma Kültürü" adlı kitabı çap olunub.

Kitabı Azərbaycan dilindən Türkiyə türkcəsinə Dilçilik İnstitutunun “Sosiolinqvistika və psixolinqvistika” şöbəsinin elmi işçisi və əyani doktorantı Elnurə Hüseynova tərcümə edib.

Professor Ahmed Buranın redaktoru olduğu kitabda Azərbaycan folkloru və nitq mədəniyyəti məsələləri müfəssəl olaraq işıqlandırılmışdır. Şifahi xalq ədəbiyyatımızın bir çox növləri haqqında maraqlı məlumatlar nümunələrlə qeyd edilmişdir. Əsərdə şifahi xalq ədəbiyyatımızın: mərasim nəğmələri, holavarlar, sağın nəğmələri, ovçu nəğmələri, balıqçı nəğmələri, ipəkçi nəğmələri, hana nəğmələri, toy nəğmələri, yas nəğmələri, laylalar, oxşamalar, düzgülər, sanamalar, təkərləmələr, acıtmalar, meydan tamaşaları, cıdır tamaşaları, atalar sözləri və zərb məsələləri, rəvayət, əfsanələr, lətifələr, nağıllar, dastanlar, tapmacalar, bayatılar, bağlamalar, inanclar, andlar, alqışlar, qarğışlar, dualar, yanıltmaclar kimi növləri müfəssəl məlumatlar və nümunələrə oxucuların diqqətinə çatdırılır.

Əsərdən şifahi xalq ədəbiyyatı, onun ayrı-ayrı növlərini tədqiq edən tədqiqatçılar, bu sahə ilə maraqlanan hər kəs yararlana bilər.