“Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi işıq üzü görüb

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədlinin “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin II cildi çap olunub.

Kitabın redaktoru və ön söz müəllifi akademik Nizami Cəfərovdur.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın rəyçiləri akademik Rafael Hüsyenov, professor Rüfət Rüstəmov və dosent Aysel Qəriblidir.

Bu cilddə nitq mədəniyyəti, norma, nitqə verilən tələblərdən bəhs olunur.

Norma tarixi hadisədir, onun sabitliyi şifahi, yazılı ədəbi dilin və nitq mədəniyyətinin formalaşmasını təmin edir.

Nitq mədəniyyəti dil vasitələrinin elə bir seçimi və təşkilidir ki,müəyyən şəraitdə dil normalarına, ünsiyyət etikasına riayət etməklə qarşıya qoyulmuş kommunikativ vəzifələrin yerinə yetirilməsinə böyük səmərə verir.

`Dərslikdə frazeoloji normaların ayrıca nəzərdən keçirilməsi, əlbəttə ona görə məqbuldur ki, Azərbaycan dili zəngin sabit söz birləşmələri xəzinəsilə seçilən dillərdəndir.

Dərslikdə parlament , yubiley və masaətrafı,istehsalat, təbrik, dini, hərbi və ekran- efir nitqi geniş şərh edilmişdir.

“Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyinin sonunda nitqin məntiqiliyi, əlverişliliyi, münasibliyi , zənginliyi və sair kimi həm praktik, həm də nəzəri anlayışlara gətirilən elmi aydınlıq həm öyrənənlər, həm də tədris edənlər üçün də faydalı olacaqdır.