Professor Nadir Məmmədlinin biblioqrafiyası çap olunub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor u Nadir Məmmədlinin biblioqrafiyası çap olunub.

“Elm və təhsil” şöbəsində çap olunan kitabın ön söz müəllifi akademik Nizami Cəfərov, tərtibçisi Sevil Zülfüqarovadır.

Kitabda “Azərbaycan elmində professor Nadir Məmmədli imzası”, Rəhbərlik və opponentlik etdiyi elmi işlər”, “Redaktoru, tərtibçisi və rəyçisi olduğu nəşrlər”, “Haqqında yazılanlar”, “Əsərləri” ndən ibarət hissələr öz əksini tapıb.

Nadir Məmmədli 17 kitab, 6 monoqrafiya, 150-dən artıq elmi məqalə, 300-dən artıq publisistik və elmi-publisistik məqalə, 1 metodik göstəriş,1 danışıq kitabçası, 4 dərslik və 4 lüğətin müəllifidir. Bütün bu materiallar sistemləşdirilmiş və xronoloji əhatədə əlifba ardıcıllığı ilə təsdim edilmişdir.

Professor Nadir Məmmədlinin dilçilik elmi qarşısındakı böyük xidməti kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərsliklərdir ki, buraya “Azərbaycan dili və nitq mədəniyyəti” ( I c, 2020, II c , 2022) , Azərbaycan dilində işgüzar və akademik kommunikasiya “ ( 2021 ,2022) daxildir.