2023-cü il oktyabr ayında AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Qərbi Azərbaycan toponimləri və mikrotoponimləri” mövzusunda Respublika elmi konfransı keçiriləcək. Mövzu üzrə məqalələr Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Şrifti böyüt:
Çap et

MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ:


- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman şrifti ilə;

- Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1 interval ölçü ilə;

- Ədəbiyyat siyahısı əlifba üzrə;

- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21] göstərilərək yazılmalıdır.

Konfransda iştirak etmək üçün məqalələr 25 sentyabr 2023-cü il tarixinədək konfranstoponimika@gmail.com elektron ünvanına göndərilməlidir.

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir.