AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik aparıcı elmi
işçisisi, filologiya üzrə fəlsəfə doktoru Füzuli Mustafayevin “Azərbaycan kinosunun
dili” kitabı çap olunub.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın baş redaktoru professor
Nadir Məmmədli, elmi redaktoru professor İsmayıl Məmmədli, rəyçiləri filologiya
elmləri doktorları Nəriman Seyidəliyev və Aslan Bayramovdur.
Kinonun cəmiyyət həyatındakı rolu artdıqca, müxtəlif filmlərdə Azərbaycan
ədəbi dilinin işləkliyi gücləndikcə bu sahədə təhlillərə tələbat artır. Kinoda Azərbaycan
dilinin həm yazılı, həm də şifahi forması özünü göstərir. Kino dilində fikrin, mənanın
yaradılmasında sözlə yanaşı, başqa semiotik və qeyri-verbal vasitələr iştirak edir.
Tamaşaçının dünyagörüşünü artırmaq məqsədi daşıyan hər hansı telefilm aparıcısı və ya
kinoaktyor şifahi ədəbi dilə, onun səslənmə qaydalarına, nitq mədəniyyətinin tələblərinə
və ədəbi normalarına hörmətlə yanaşılmalıdır.
Kitabda kino dilində vurğu, intonasiya, orfoepik normalar, şəkilçilərin, saitlərin və
samitlərin tələffüzü, danışıq üslubu, kino dili və şifahi ədəbi dil, kino dili və nitq
mədəniyyəti məsələləri araşdırılmışdır.
Şrifti böyüt:
Çap et