Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun
Elmi Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Terminologiya Komissiyasının qərarı ilə “İzahlı ictimai-siyasi terminlər lüğəti”
(Bakı, “Zərdabi Nəşr”, 2023, 360 səh.) nəşr olunmuşdur. Lüğətin tərtibçiləri:
Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova (A, B, Ç, C, P, Q, U, Ü,
Y, Z), filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova (K, T, O, M, N), Sima
Quliyeva (S, G, Ş, J, Ö), Natəvan Hüseynova (D, V, H, L, R), Vəfa Abdullayeva-
Nəbiyevanın (E, Ə, F, X, İ); elmi redaktor: professor Nadir Məmmədli, rəyçilər:
professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nərgiz Hacıyevadır.
Lüğətdə Azərbaycan dilində işlənən 2800 ictimai-siyasi termin toplanmış və
onların izahı verilmişdir. İctimai-siyasi leksika cəmiyyətin bütün sferalarını özündə
əks etdirdiyinə görə kütləvi informasiya vasitələrində geniş istifadə olunur. Bu
nəzərə alınaraq lüğətdə ayrı-ayrı elm sahələrində işlənən ictimai-siyasi həyatı əks
etdirən sosiologiya, beynəlxalq münasibətlər, politologiya ilə bağlı terminlər
toplanmışdır. İctimai-siyasi leksikaya cəmiyyətin müxtəlif hadisələri ilə bilavasitə
əlaqədar olan siyasi-iqtisadi əlaqələr, milli azadlıq və ictimai-siyasi hadisələr,
ölkənin təhlükəsizliyi, milli və beynəlxalq təhlükəsizlik, partiyaların adlarını ifadə
edən termin və sözlər daxildir.
Sözlükdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə
edə bilər.
Şrifti böyüt:
Çap et