Mustafa Zəririn “Fütühüş-şam” əsəri çap olunub

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Vahidə Cəfərzadənin “Mustafa Zərrin “Fütühüş –şam” əsəri çapdan çıxıb.
Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun maddi vəsaiti hesabına çap olunmuşdur.
Kitabın elmi redaktorları akademik Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Zahidoğlu, rəyçilər Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, professor Sevil Mehdiyeva və dosent Reyhan Mədətovadır.
XIV əsrdə həm şair, həm də nasir kimi tanınmış Ərzurumlu Mustafa Zərir bir sıra tərcümə əsərlərinin müəllifidir. Onun dini-fəlsəfi və tarixi məzmunlu “Fütühüş–şam” əsəri VII-IX əsrlərdə yaşamış islam tarixçisi Əbu Abdullah Məhəmməd bin Ömər əl-Vaqidinin ərəbcə yazdığı eyni adlı əsərin Azərbaycan dilinə tərcüməsidir. Əsərin ən böyük məziyyəti onun canlı xalq danışıq dilində yazılması və XIV əsr Azərbaycan dilinin incəliklərini özündə əks etdirməsidir. Bu mənada “Fütühüş–şam” orta əsrlər dil tariximizi araşdırmaq üçün əvəzsiz bir qaynaqdır. Tərcümənin əlyazma nüsxələrindən biri Türkiyənin Kitahya vilayəti Tavşanlı qəsəbəsinin Zeytunoğlu xalq kitabxanasında saxlanılır. Əsər çapa hazırlanarkən bu nüsxə əsas götürülmüş və İstanbul nüsxəsi ilə müqayisələr aparılmışdır. Əlyazma ilk dəfə ərəb əlifbasından müasir əlifbaya transfoneliterasiya olunub nəşr edilib.