Təbrik edirik

Şrifti böyüt:
Çap et

Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. 

Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov ölkə elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdirləri, professorlar Sayalı Sadıova və İsmayıl Kazımov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalı ilə təltif olunub.