28iyun 2024-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun
təşkilatçılığı ilə Mahmud Kaşğari "Divanü lüğat-it-türk"- 950 illiyinə həsr
olunmuş beynəlxalq konfrans keçiriləcək.
Konfransda aşağıdakı mövzular üzrə tədqiqatların nəticələrinin
təqdim olunması nəzərdə tutulur:
I bölmə. Mahmud Kaşğari “Divan”ı və türk dillərinin tarixi qrammatikası
II bölmə. Mahmud Kaşğari “Divanı” və onomasitika məsələləri
III bölmə. Mahmud Kaşğari “Divan”ı və lüğətçilik ənənələri
IV bölmə. Mahmud Kaşğari “Divan”ı və müasir türk dilləri
MƏQALƏ MÜƏLLİFLƏRİNİN NƏZƏRİNƏ
- Mətnin həcmi 5 səhifə, A4 formatda, 12 ölçüdə, Times New Roman
şrifti ilə;
- Məqalə A4 formatda, hər tərəfdən 2 sm., 1,15 interval ölçü ilə;
- 3 dildə (Azərbaycan, rus və ingilis) xülasə;
- Ədəbiyyat siyahısı əlifba üzrə;
- İstinadlar kvadrat mötərizədə, sıra nömrəsi və səhifə [7, 21]
göstərilərək yazılmalıdır.
Konfransda iştirak etmək üçün məqalələr 25 may 2024-cü il
tarixinədək
konfrans.kashqari@mail.ru
elektron ünvanına göndərilməlidir.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən
məqalələr qəbul edilmir.
Hörmətlə: Təşkilat Komitəsi
Şrifti böyüt:
Çap et