20 may 2022-ci ildə professor Qəzənfər Kazımovun anadan olmasının 85 illiyinə həsr olunan “Qəzənfər Kazımov və Azərbaycan filologiyası” adlı respublika elmi konfransı keçiriləcəkdir.
Konfrans aşağıdakı bölmələr üzrə aparılacaqdır:
• Qəzənfər Kazımov və Azərbaycan dilçiliyi
• Dil və üslub məsələləri
• Ədəbiyyat və dil tarixi məsələləri
• Türkologiyanın aktual problemləri
• Terminologiya və onomastika məsələləri
• Nəzəri və tətbiqi dilçilik
İştirakla bağlı məlumat və məqalə elektron formada 15 may 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir.
E-mail: dilcilikconference@gmail.com
Konfransın işçi dilləri: Azərbaycan dili.
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix -
15 may 2022-ci il
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi -
18 may 2022-ci il
Konfransın plenar iclası və bölmə iclasları -
20 may 2022-ci il
Məqalənin tərtibi qaydaları:
• Həcm: ingilis və rus dillərində xülasə ilə birlikdə 6 səhifə, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən- sətrə keçirilmədən yığılmalıdır.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: [2] və ya [2; 5; 8] və ya [2, s.14-15] və ya [2, s.17; 7, s.233-234].
Məqalənin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı , elmi dərəcəsi qalın şriftlə
2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
3. Təşkilat və şəhərin adı adi şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcəkdir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ 1073. Bakı, Hüseyn Cavid pr., 115. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu
e-mail: dilcilikconference@gmail.com
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTU
8 Aprel 2022Şrifti böyüt:
Çap et