AYNEL ƏNVƏR QIZI MƏŞƏDİYEVA
ELMİ KATİB
Dilçi - filologiya elmləri doktoru, dosent, ixtisas -
Türk dilləri və Dil nəzəriyyəsi . Ali təhsilli. Yeni Azərbaycan Partiyasının
üzvüdür.
Aynel Ənvər qızı Məşədiyeva 1977-ci il iyul ayının 28-də Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşdur. 1998-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq
fakültəsinin türk filologiyası bölməsinin bakalavr pilləsini fərqlənmə diplomu
ilə bitirmişdir. Həmin ildə də türk dili ixtisası üzrə BDU-nun magistraturasına
qəbul olmuş, 2000-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək AMEA Nəsimi
adına Dilçilik İnstitutunun Türk dilləri ixtisası üzrə aspiranturasına qəbul
olmuşdur. Həmin ildən türk dilləri şöbəsinin əyani aspirantı kimi elmi
fəaliyyətə başlayıb dissertasiya işini vaxtından əvvəl başa çatdıraraq, 2004-cü
ilin sentyabrında “Türk dillərində ahəng qanununun formal təsviri” adlı
namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib filologiya elmləri
namizədi alimlik dərəcəsini almışdır.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsində 2000-ci ildən
2005-ci ilə qədər kiçik elmi işçi, 2005-2008-ci ilə qədər elmi işçi, 2008-ci
ildən indiyədək böyük elmi işçi vəzifəsində çalışmışdır. 2011-ci ildə Türk
dilləri ixtisası üzrə dosent elmi adını almışdır. 2013-cü ilin noyabr ayından
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi vəzifəsində çalışır.
A. Ə. Məşədiyeva 2011-ci ildə elmlər doktoru hazırlığı ilə 5710.01 – Türk
dilləri ixtisası üzrə dissertanturaya qəbul edilmişdir.
Doktorluq dissertasiyası Türk dillərində feilin şəxssiz formalarının
müqayisəli-tarixi tədqiqinə, onların türk dillərinin dialekt və şivələrində,
qədim türk yazılı abidələrində təsvirinə və bu formaların oxşar və fərqli
xüsusiyyətlərinin müəyyənləşdirilməsinə həsr olunmuşdur.
A .Ə.Məşədiyeva 2 noyabr 2021-ci il tarixind ə 5710.01 – Türk dilləri v ə
5704.01 – Dil nəzəriyyəsi ixtisasları üzrə “TÜRK DİLLƏRİNDƏ FEİLİN ŞƏXSSİZ
FORMALARININ MÜQAYİSƏLİ-TARİXİ TƏDQİQİ” adlı doktorluq dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmişdir.
Prof. R. Rüstəmovun “Türk dilinin morfologiyası” (Bakı, “Nurlan”, 2007) adlı
monoqrafiyasının və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk
filologiyası kafedrasının 2014-cü ildə “ Türk dili” və “Türk ədəbiyyatının
tarixi” fənləri üzrə 2 dərs proqramlarının, habelə “Türk dillərində modallıq:
ifadə planında (oğuz qrupu türk dilləri əsasında)”, “İngilis və Azərbaycan
dillərində məişət leksikası”, “İngilis və Azərbaycan dillərində etnoqrafizmlər
və etnoqrafik komponentli frazeoloji vahidlər”, “Mirzə Kazımbəyin "Türk-tatar
dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi”, “İxtisarlar lüğəti”,
“Müasir türk dili: Tərcümənin linqvistik problemləri”, “İmadəddin Nəsiminin dili
və üslubu (Azərbaycan türk “Divan”ının materialları əsasında)”, “Azərbaycan
dilində ikihecalı sadə feillər” adlı kitab və monoqrafiyaların rəyçisi olmuşdur.
Dilçilik İnstitutunun “Salam Azərbaycan!” layihəsi çərçivəsində Azərbaycan
dilini öyrənmək istəyən əcnəbilər üçün dünya standartlarına uyğun olaraq nəşr
olunan A, B1 və B2 səviyyələri üzrə tədris vəsaitlərinin (rus dili bazası üzrə)
redaktorudur.
İnstitutun “Dilçilik araşdırmaları”, “Tədqiqlər”, “Türk dilləri araşdırmaları”,
Bakı Dövlət Universitetinin “Türk filologiyası” və Türkiyənin Dərgipark
platformuna daxil olan “Oğuz Türkçesi Araştırmaları Dergisi” indeksli beynəlxalq
jurnallarının Redaksiya Heyətinin üzvüdür.
Bir çox müxtəlif Beynəlxalq və respublika miqyaslı elmi konfrans və
simpoziumlarda çıxışlar etmişdir. Həmçinin, Avropa ölkələrində (İtaliyada,
İspaniyada, Şimali Kiprdə) keçirilən Beynəlxalq konfranslarda tərcüməçi kimi
iştirak etmişdir.
Moskvada keçirilmiş “Материалы II международной научно-практической конференции
«Наука в современном мире», 30 июля, 2010” konfransda, Niderland krallığının
Kranendonk şəhərinə keçirilmiş “İnternational scientific journal “Global Science
Communications”, Matters of international scientific internet conference:
“Current scientific problems 2011”- 24-31 January 1(7) 2011, Cranendonck,
Netherlands” konfransda, Almaniyada keçirilmiş “European Science and Technology:
7th International scientific conference”, Germany, Munich, Vol. II, Munich,
April 23th – 24th, 2014, publishing office Vela Verlag Waldkraiburg” konfransda
v ə İngiltrədə keçirilmiş “2nd International scientific-practical conference
«Innovations in science, technology and the integration of knowledge» 27
February — 2 March 2015, London, Belfort's Information Press Ltd, UK” və başqa
nüfuzlu konfranslarda iştirakına görə Beynəlxalq dərəcəli Sertifikat almışdır.
İnstitutda işlədiyi müddətdə nüfuzlu Beynəlxalq və respublika miqyaslı türkoloji
elmi konfrans, forum və simpoziumlarda yüksək səviyyədə çıxışlar etmişdi.
2008-ci il oktyabr ayının 20-25-dək Ankarada keçirilmiş VI Uluslararası Türk Dil
Qurultayında, 2017-ci il sentyabr ayının 25-28-dək Rumıniyanın Buxarest
şəhərində keçirilmiş XII Böyük Türk Dil Qurultayında, 2018-ci il sentyabr ayının
25-28-dək Polşanın Varşava şəhərində keçirilmiş XIII Böyük Türk Dil
Qurultayında, 2019-cu il sentyabr ayının 26-27-dək Bakıda keçirilmiş XIV Böyük
Türk Dil Qurultayında və 2020-ci il may ayının 27-də Kanadanın Toronto şəhərində
keçirilmiş «Science. Education. Practice» adlı Beynəlxalq onlayn universitet
elmi forumunda iştirak edib, sertifikatla təltif olunmuşdur.
135 elmi və elmi-publisistik məqalələrin, o cümlədən 7 kitabın müəllifidir: 4
monoqrafiyanın (2004-cü ildə “Türk dillərində ahəng qanununun formal təsviri”,
2016-cı ildə “Türk dilllərində feilin feili bağlama formaları sistemi
(müqayisəli-tarixi аspektdə)”, 2017-ci ildə “Türk dilllərində feili sifətlərin
qrammatik statusu və semantikası”, 2018-ci ildə “Türk dillrind məsdərlər və ə
feili isiəsmlr” adlı monoqrafiyalar çapdan çıxmışdır) müəllifi, “Türk dillərinin
tarixi-müqayisəli leksikologiyası” (II cild, Bakı, 2008), Rusiyanın Moskva
şəhərində çap olunmuş «Избранные вопросы современной науки» (часть 4, 31
октября, 2011 г., г. Москва, издательство «Перо»), “Türk dillərində feilin
təsriflənməyən formaları” (“Azərbaycan dilinin qrammatikası. III cild.
“Morfologiya”, Bakı: Elm, 2020) kimi fundamental kollektiv əsərlərin
həmmüəllifidir.
Elmi əsərlərinin 40-ı xarici beynəlxalq elmi jurnallarda nəşr edilmişdir
(Rusiya, Niderlandın Kranendonk şəhəri, Türkiyə, Almaniya, Qazaxıstan,
İngiltərə, İtaliya, İran, Hindistan, Fələstin, ABŞ, Çexiya, Polşa, Kanada,
Tiflisdə ).
2000-2001-ci və 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin türk filologiyası bölməsində türk dili və ədəbiyyatından,
2006-2007-ci illərdə isə Tarix fakültəsində türk dili fənnindən dərs demişdir.
A.Ə.Məşədiyeva həmçinin 2016-cı ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun
magistraturasında “Müasir türk dilləri” fənnindən dərs demişdir.
7 mart 2017-ci il tarixində Beynəlxalq Qadınlar Günü münasibətilə Dilçilik
İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Həmkarlar Təşkilatının
sədri fil.e.d. Sevinc Əliyeva tərəfindən “Uğurlu elmi və ictimai fəaliyyətinə
görə” fəxri fərmanla təltif olunmuşdur.
2 fevral 2018-ci il tarixində institutun ictimai və elmi həyatında səmərəli
fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.
6 mart 2020-ci il tarixində Beynəlxalq Qadınlar Günü münasibətilə Dilçilik
İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və Həmkarlar Təşkilatının
sədri fil.e.d. Sevinc Əliyeva tərəfindən “Uğurlu elmi və ictimai fəaliyyətinə
görə” fəxri fərmanla təltif olunmuşdur.
5 mart 2021-ci il tarixind ə Az ərbaycan Milli Elmlər Akademiyasının elmi və
ictimai həyatında səmərəli fəaliyyətinə görə və 8 mart – Beynnəlxalq Qadınlar
Günü münasibətilə AMEA-n ın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif
olunmuşdur .