TƏHSİL ŞÖBƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin sərəncamına əsasən AMEA-da Elm və Təhsil İdarəsi təsis edilmiş, 2017-ci aprel ayında Dilçilik İnstitutunda Təhsil şöbəsi təşkil olunmuşdur.
Şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərovdur.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin əsas məqsədi institutun elmi tədqiqat işlərinin təşkilini təkmilləşdirmək, müvafiq elm sahələri üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların hazırlanmasını təşkil etmək, cəmiyyətdə dilçilik elminin və təhsilin rolunu yüksəltmək, nüfuzunu artırmaq, elmi və elmi-texniki potensialı inkişaf etdirməkdir.
Təhsil şöbəsi elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların, magistrantların elmi fəaliyyətinin, təhsilinin uğurla davam etdirilməsi, institutda fəaliyyət göstərən elmi-tədqiqat şöbələrində mütəxəssislərin və təşkilatdan kənar təhsil ocaqlarından təcrübəyə gələn bakalavr, magistr və doktorantların səmərəli elmi-tədqiqat, təcrübi fəaliyyətinin təmin edilməsi, institutun yerli və xarici ali məktəblərlə, araşdırma mərkəzləri ilə əlaqəsinin təşkil olunması istiqamətində fəaliyyət göstərməkdir.