• Otaq :
  • Əlaqə :
  • Mail :
TOPONİMİKA ŞÖBƏSİ

Toponimika şöbəsi 2022-ci ilin sonunda AMEA Rəyasət Heyətinin qərarı ilə Toponimka sektorunun əsasında yaradılmışdır. Şöbə Azərbaycan xalqının yaratmış olduğu onomastik vahidlərin, xüsusilə toponimlərin tədqiqi ilə məşğuldur. Qərbi Azərbaycan toponimlərinin müasir tarixi şəraitdə dəyişdirilməsinin, oradan xalqımızın izlərinin silinməsinə olan cəhdlərinin qarşısının alınması şöbənin fəaliyyətində prioritet təşkil edir. Bunun üçün şöbə Qərbi Azərbaycan toponimlərinin tədqiqi istiqamətində çalışmaqdadır. Bununla yanaşı, Borçalı, Dərbənd, Güney Azərbaycan, habelə, Azərbaycan Respublikasının toponimləri də şöbə tərəfindən araşdırılmaqdadır. Şöbə AMEA-nın Nəsimi adına Dilçilik institutunun nəzdində faəliyyət göstərir. Şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovdur.

1. İsmayılov Elçin Mirhüseyn oğlu, Toponimika şöbəsi, şöbə mudiri, aparıcıelmi işçi, fil. ü. f. d., dosent.

2. Baxşıyeva Tünzalə Lətif qızı, Toponimika şöbəsi, baş elmi işçi, fil. e. d.,dosent.

3. Quliyeva Zülfiyyə Boris qızı, Toponimika şöbəsi, aparıcı elmi işçi, fil. ü. f.d.

4. Məmmədov Elçin Məhəmməd oğlu, Toponimika şöbəsi, aparıcı elmi işçi,fil. ü. f. d., dosent.

5. Xaspoladlı Pərviz Xosrov oğlu, Toponimika şöbəsi, aparıcı elmi işçi, fil. ü.f. d., dosent.

6. İsmayıllı Ayşən Fizuli qızı, Toponimika şöbəsi, kiçik elmi işçi.