• Otaq :
  • Əlaqə :
  • Mail :
NƏZƏRİ DİLÇİLİK ŞÖBƏSİ

1984-cü ildə təşkil olunmuşdur. Əvvəllər Ümumi və tarixi-tipoloji dilçilik şöbəsi kimi müstəqil, sonralar uzun müddət Müasir Azərbaycan dili şöbəsinin tərkibində fəaliyyət göstərmişdir. Bu dövrdə “nəzəriyyə-sınaq-tətbiq” prinsipi ilə təsərrüfat müqavilələri əsasında işləyən “Riyazi dilçilik” qrupu da sonralar bu şöbənin tərkibinə daxil edilmişdir. Həmin dövrdə şöbəyə bu il 70 illik yubileyini keçirməyə hazırlaşdığımız Moskva dilçilik məktəbinin yetirməsi unudulmaz dilçi-alim, tənqidçi, ictimai xadim Aydın Məmmədov rəhbərlik etmişdir.
1992-1997-ci illərdə Ümumi dilçilik və dil əlaqələri adı ilə fəaliyyət gös-tərən şöbənin əsasında institutda aparılan struktur dəyişiklikləri ilə əlaqədar Nəzəri və tətbiqi dilçilik şöbəsi yaradılmışdır. 1992-2001-ci illərdə şöbəyə institutun direktoru akademik Ağamusa Axundov başçılıq etmişdir. 2001-2013-çü illərdə isə şöbəyə institutun elmi işlər üzrə direktor müavini fil.e.d., professor Məsud Mahmudov rəhbərlik etmişdir.
Fəaliyyət göstərdiyi vaxtlarda şöbədə müasir dilçiliyin yeni istiqamətlərinə, avtomatik və tezlik lüğətlərinin tərtibinə, formal sintez və analizə, sosiolinqvistika və etnolinqvistika məsələlərinə dair araşdırmalar aparılmış, Azərbaycan dilinin mühəndis dilçiliyi metodları ilə tədqiqi, formal təhlil və maşın tərcüməsi sistemlərinin işlənib hazırlanması, mətnlərin kompüterdə yoxlanması (korrektor) sistemi, beyin-dil probleminin ümumi məsələləri (neyrolinqvistika) və s. mövzularla bağlı nəzəri və tətbiqi işlər həyata keçirilmişdir.
Şöbədə abidələrin dilinin kompüter tədqiqi ilə əlaqədar «Kitabi-Dədə Qorqud» dastanlarının və Məhəmməd Füzulinin Azərbaycan dilində olan nəzm əsərlərinin statistik təhlili aparılmışdır. Şöbə əməkdaşları AMEA Kibernetika və İnformasiya Texnologiyaları İnstitutları ilə birgə elmi tədqiqatlar aparmış, azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca maşın tərcüməsi sisteminin hazırlanması sahəsində işlər görmüşlər. Türkiyənin Bilkent Universitetində mühəndis dilçiliyi problemlərinə həsr olunmuş seminarlarda şöbənin əməkdaşları fil.e.d. Kamilə Vəliyeva və professor Məsud Mahmudov iştirak etmişlər.
İnstitutda aparılan ciddi struktur dəyişikliyi nəticəsində 2013-cü ilin no-yabrından Nəzəri dilçilik adı ilə fəaliyyət göstərən şöbənin əsas elmi-tədqiqat istiqaməti Müasir dilçiliyin nəzəri problemlərinin tədqiqi, Azərbaycan dilçili-yinin nəzəri səviyyəsinin yüksəldilməsi, Azərbaycan dili mətnlərinin koqnitiv, semiolinqvistik təhlili və tədqiqi, dünya dilçilik irsinin öyrənilməsi və Azərbaycan dilinə tərcümə edilməsi məsələlərini əhatə edir.
Nəzəri dilçilik şöbəsinin müdiri filologiya üzrə elmlər doktoru, professoru İdris Abbasovdur.