• Otaq :
  • Əlaqə :
  • Mail :
NİTQ MƏDƏNİYYƏTİ VƏ MONİTORİNQ ŞÖBƏSİ

2013-cü ildə Dilçilik İnsitututunda yeni yaradılan şöbələrdən biri də Nitq mədəniyyəti və monitorinq şöbəsidir. Şöbənin əsas elmi-tədqiqat fəaliyyəti Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması, eləcə də ədəbi dil normalarının pozulmasının qarşısının alınması üçün təkliflər hazırlanması, reklamlarda, ictimai iaşə obyektlərində və yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilməsi, monitorinqlərin nəticələrinin analitik təhlili və buna uyğun olaraq treninqlər keçirilməsi məsələlərinin həlli bağlıdır.
Şöbəyə filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva başçılıq edir.