Akademik Ağamusa Axundova həsr olunmuş Gənclər günü tədbiri keçirilib.

Şrifti böyüt:
Çap et

2 fevral 2023-cü il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda mərhum dilçi-alim, akademik Ağamusa Axundova həsr olunmuş Gənclər günü tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən institutun Baş direktoru, professor Nadir Məmmədli akademik Ağamusa Axundovun Azərbaycan elmi üçün rolunu vurğulamış, onun Azərbaycan dilinin normalarının möhkəmləndirilməsi və bunun təsdiq edilməsi üçün xidmətlərindən danışmışdır. Daha sonra professor Nadir Məmmədli institutun fəaliyyətində gənclərin xüsusi yeri olduğunu bildirmişdir.

Tədbirin davamında Dilçilik İnstitutunun son 10 il ərzində fəaliyyətini, gənclərin iştirak etdikləri tədbirlərdən, beynəlxalq və yerli konfranslardan görüntüləri, o cümlədən KİV-də çıxışlarını, pedaqoji fəaliyyətlərini və digər sahələrdə gördükləri işləri əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilmişdir.

İnstitutun Gənclər günü ənənəsinə sadiq qalaraq ötən il ərzində səmərəli elmi-ictimai fəaliyyəti ilə fərqlənən gənc alimlərə – fil.ü.f.d., dos. Şəbnəm Həsənli- Qəribovaya, fil.ü.f.d., dos. Vəfa Abdullayeva-Nəbiyevaya, fil.ü.f.d., dos. Aysel Qəribliyə, fil.ü.f.d. Aysel Əhmədovaya, fil.ü.f.d. Səkinə Şərifovaya, Dilbər Camaliyə, Elnurə Hüseynovaya, Arzu İsgəndərzadəyə, Aynur Saydovaya, Aytən Hüseynova-Qəhrəmanlıya, Xəyal Əsgərliyə, Tünzalə İsmayılovaya, o cümlədən institutun gənc mütəxəssisləri Lalə Muradova və Təranə Hacızadəyə təşəkkürnamə təqdim olunmuşdur.

Daha sonra institutun GAMŞ sədri fil.ü.f.d., dos. Günel Orucova çıxış edərək Dilçilik İnstitutunda çalışan gəncləri 2 fevral – Gənclər günü münasibətilə təbrik etmiş, gəncləri institutun Gənc Alim və Mütəxəssislər şurası tərəfindən hazırlanmış Dilçilik tribunası layihəsində, o cümlədən müxtəlif qurumlar tərəfindən gənc tədqiqatçılar üçün bir sıra dillər üzrə təşkil edilmiş kurslarda aktiv iştirak etməyə dəvət etmişdir.

Tədbirin sonunda çıxış edən AMEA GAMŞ sədri k.ü.f.d. Elmir Babayev institutun gənclərlə bağlı fəaliyyətini yüksək dəyərləndirmiş, gənclərin nəticələrinin nəzərə alınmasında obyektivlik müşahidə etdiyini qeyd etmişdir.

Sonda bütün tədbir iştirakçıları birgə xatirə şəkilləri çəkdirmişlər. Saytda həmin tədbirdən yer alan bütün şəkillər AMEA GAMŞ mətbuat katibi Kamran Bağırova məxsusdur.