“İndoneziya dili öyrənən Azərbaycanlı tələbələrin nitqində interferensiya” mövzusunda seminar

Şrifti böyüt:
Çap et

15 mart 2023-cü il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutunda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Dilçilik tribunası” layihəsi çərçivəsində fil.ü.f.d. Nabiyyə Zərbəlinin “İndoneziya dili öyrənən azərbaycanlı tələbələrin nitqində interferensiya” adlı seminarı təşkil olunmuşdur.

Nabiyyə Zərbəli çoxlu sayda tayfaların məskunlaşdığı İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin də öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Məruzəçi eyni zamanda bildirmişdir ki, 270 milyon əhalisi olan İndoneziyada 700-ə yaxın dil mövcuddur. Bu dildə cümlə strukturu Azərbaycan dilindən fərqli olaraq “Mübtəda, xəbər, ikinci dərəcəli üzvlər” sırasındadır.

Fonetik intereferensiyadan danışan məruzəçi vurğulayıb ki, söz tərkibində “e-ə “saitləri yerini “ı” saitinə verir: mereka-mırıka.

İclasda Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli İndoneziya-Azərbaycan münasibətlərindən bəhs edərək bildirib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk.

Sonda məruzə ətrafında geniş müzakirə aparılıb.