Professor Nadir Məmmədli istehsalat təcrübəsi keçən tələbələrə ustad dərsi keçib.

Şrifti böyüt:
Çap et

Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbələri və Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin magistr və bakalavr pilləsi üzrə təhsil alan dördüncü kurs tələbələri AMEA-nın Dilçilik İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

17 martda tələbələrlə görüş keçirən institutun baş direktoru professor Nadir Məmmədli onlara ustad dərsi keçib.

Nadir Məmmədli tələbələrə Dilçilik İnstitutunun tarixi, elmi müəssisəyə rəhbərlik etmiş direktorlar, tanınmış dilçi akademiklər, müasir dövrdə Azərbaycan dilinə dövlət qayğısından, dilçiliyə dair yeni nəşrlərdən bəhs edib.

Bildirib ki, Azərbaycanda dil quruculuğu siyasəti milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi ba- xımından xüsusilə böyük əhəmiyyət daşıyır.

Sonda tələbələrə Dilçilik İnstitutunun kitabxanasından kitablar hədiyyə edilib.