Dilçilik İnstitutunda doktorantura üzrə ixtisas imtahanı keçirilib

Şrifti böyüt:
Çap et

31 mayda Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoktorantlar üçün ixtisas imtahanı keçirilib.

Azərbaycan dili, Türk dilləri və dil nəzəriyyəsi ixtisasları üzrə komissiya üzvləri imtahan prosesini izləyib. Komissiyanın sədri, elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli gənclərə uğurlar diləyib.

Beş nəfər iddiaçı Azərbaycan dili, türk dilləri və dil nəzəriyyəsi ixtisasları üzrə təqdim olunan sualları verilən vaxt ərzində həll ediblər. İddiaçiların imtahan nəticələri komissiya üzvləri tərəfindən “əla” qiymətləndirilib.