Elmi şuranın onlayn iclası keçirilib

Şrifti böyüt:
Çap et

14 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın onlayn iclası keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.
İnstitutun elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə bir neçə dissertanta elmi rəhbər təyin olunub.
Sonra Tətbiqi dilçilik, Hind-Avropa dilləri, Nəzəri dilçilik, Azərbaycan dilinin tarixi şöbələrinə böyük elmi işçi, Terminologiya şöbəsi üzrə aparıcı elmi işçi vəzifəsinə elan olunmuş müsabiqənin keçirilməsi üçün açıq səsvermə olub.
İclasda Türk dilləri şöbəsinin müdiri, fil.ü.f.d., dos. Elçin Əli oğlu İbrahimovun 16 aprel 2021-ci il tarixli 4 saylı protokollu iclasında “Müstəqil türk respublikalarında dil siyasəti” adlı mövzusu üçün təklif olunan 5704.01-Dil nəzəriyyəsi ixtisasının kodunun ləğv edilməsi barədə məsələ də müzakirə edilib. Müzakirə nəticəsində E.İbrahimovun Dil nəzəriyyəsi kodu ləğv edilib.
Sonda Elmi şuranın katibi dosent Aynel Məşədiyeva cari məsələləri diqqətə çatdırıb.