AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli:

Bu kitab deyil-Türküstandır,

Türküstan yox-Cahandır!

Şrifti böyüt:
Çap et

Xarici işlər Nazirliyini UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk akademiyası, Türk mədəniyyəti və irsi fondu, UNESCO üzrə Türkiyə Milli Komissiyası, TİKA və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ADA universitetində "Türk dünyasının tarixi və Mədəni İrsin öyrənilməsi və qorunub saxlanması, UNESCO Nöqteyi nəzərindən" adlı tədbir bu gün də davam edir.

Məlumdur ki, 2024-2025-ci illər Mahmud Kaşğarlının"Divanü lügat-it türk" əsərinin 950 illiyi UNESCO çərçivəsində Türk mədəni irsinin qorunması yubiley və tədbirlər planına daxil olunub. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, xüsusi tapşırıqlar üzrə səfirı Seymur Fətəliyevin moderatorluğu ilə baş tutan paneldə Qazaxıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Qırğızıstan respublikalarının UNESCO üzrə Milli Komissiyalarının səlahiyyətli nümayəndələri, həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək bu istiqamətdə görülə biləcək layihə, tədbir və ortaq əməkdaşlıq haqqında təkliflərini irəli sürdülər.

Mahmud Kaşğarlının "Divanü lüğat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus latın qrafikalı ilk əlyazmasını və XVIII əsrə aid yeganə, o cümlədən, tək vəsait olan, qeyri-türklərə türk dilini öyrətmək məqsədilə yazılmış Əbdürrəhim Ərdəbili Şirvaninın "Mazhər-üt türki" əsərini tapıb ictimaiyyətə təqdim etməklə bütün Türk dünyası və turkologiyaya böyük töhfə verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxışında əsərin tarixi, linqvistik əhəmiyyəti, bu əlyazmanın tapılması, Xalid Səid Xocayevin fəaliyyəti, əlyazmaya edilən redaktələr haqqında geniş məlumat verdi. Böyük maraq və coşqu ilə qarşılanan nitq sonrası Qırğızıstan, Qazaxıstan, Türkmənistan,Türkiyə və digər türk xalqları nümayəndələri Nadir müəllimə bu böyük töhfə üçün təşəkkürünü bildirmiş, bu tapıntıların təbliği və təşviqi istiqamətində tədbirlər planı, yol xəritəsi hazırlanması qənaətinə gəlmişlər.