Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Şrifti böyüt:
Çap et

Aprelin 30-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Fərrux Rüstəmov və digər ziyalılar Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat üzrə müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüblər.

Görüş zamanı Azərbaycan-Türkiyə elmi-ədəbi və təhsil əlaqələrinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb. Professor Nadir Məmmədli tərtibçisi olduğu Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini Cihangir İşbilirə təqdim edib.

Cihangir İşbilir ölkəmizdəki diplomatik fəaliyyətindən söhbət açıb. O, Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz dostluq və qardaşlıq təməlləri üzərində qurulduğunu, bu əlaqələrin inkişafında elmin, təhsilin əhəmiyyətini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəyi xüsusi qeyd olunub.